Nazirliyin vəzifəli şəxsi VƏFAT ETDİbackend

Nazirliyin vəzifəli şəxsi VƏFAT ETDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin müdiri Ağavaleh Ağayev vəfat edib.

KONKRET.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, 1963-cü il təvəllüdlü şöbə müdirinin ölümü qəfil baş verib. O, ötən gün ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, A.Ağayev 3 ilə yaxındır ki, sözügedən vəzifəni icra edib. Bundan əvvəl Astara Gömrük İdarəsində fəaliyyət göstərib. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*