“Nə fəxri adım, nə mükafatım, nə də evim var” – Natiq Fərzəliyevbackend

"Nə fəxri adım, nə mükafatım, nə də evim var" - Natiq Fərzəliyev

Aktyor Natiq Fərzəliyev hələ də Fəxri ad ala bilməməsindən şikayətlənib.

KONKRET.az xəbər verir ki, o, 42 illik sənət fəaliyyəti olduğunu, lakin hələ də heç bir Fəxri ada layiq görülmədiyini vurğulayıb:

“Xoşbəxt adamam ki, ailəm, övladlarım var. Xalq məni tanıyıb, sevib. 42 il xidmətimə görə nə fəxri adım, nə mükafatım, nə də evim var… Yetiməm ona görə?”

Xatırladaq ki, Natiq Fərzəliyev müsahibələrindən birində 10 il əvvəl Əməkdar artist Fəxri adı almaq üçün adının Mədəniyyət Nazirliyinə göndərildiyini, lakin bunun bir nəticəsi olmadığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*