“Nə Vaşinqton, nə də Tehran qazanacaq” – Pezeşkianbackend

"Nə Vaşinqton, nə də Tehran qazanacaq" - Pezeşkian

Nə Vaşinqton, nə də Tehran Yaxın Şərqdə baş verəcək müharibədən heç nə qazana bilməz və bu, yalnız bütün regionu qeyri-sabitləşdirəcək.

KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkianın sözlərinə görə, İran hazırda müharibə axtarmır və bunun İranın, ABŞ-ın və ya bütövlükdə regionun maraqlarına uyğun olmadığına dərindən əmindir.

İran prezidenti bildirib ki, Vaşinqton Tehranı təhdid və təzyiq yolu ilə danışıqlara məcbur etməyin mümkün olmadığını anlayıb:

“Ərazimizə qarşı hər hansı bir təcavüz və ya hücumun qətiyyətli və güclü cavabla qarşılanacağı aydındır. Lakin İran diplomatik həll yolu axtarmağa davam edir”.//Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*