Ağsuda ağır yol qəzası: Yaralılar varbackend

Ağsuda ağır yol qəzası: Yaralılar var

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndinin ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Rəfail oğlu Tağıyev, 1992-ci il təvəllüdlü Amil Emin oğlu Mollayev və 1998-ci il təvəllüdlü İlkin Vəli oğlu Heybətov müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəsarət alan şəxslərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*