İstanbuldan Tehrana uçan təyyarə təcili eniş etdibackend

İstanbuldan Tehrana uçan təyyarə təcili eniş etdi

İstanbuldan Tehrana uçuş həyata keçirən sərnişin təyyarəsi Ankaranın Esenboğa Hava Limanına təcili eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

Bildirilib ki, İstanbulun Sabiha Gökçen Hava Limanından İranın paytaxtı Tehrana uçan “Boeing 737” təyyarəsi Kırşehir üzərində təcili vəziyyət elan edib.

Təyyarə Ankara Esenboğa Hava Limanına eniş edib.

Hadisənin təfərrüatları ilə bağlı açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*