Necati Şaşmazın fabrikində partlayış oldubackend

Necati Şaşmazın fabrikində partlayış oldu

Türkiyənin əfsanəvi seriallarından biri olan “Kurtlar Vadisi”ndə Polat Alemdar obrazını canlandıran Necati Şaşmazın Bolu Gerededəki “Novawood” adlı taxta palet fabrikində partlayış baş verib.

KONKRET.az xəbər verir ki, əldə edilən məlumata görə, fabrikin istehsal sahəsindən kənarda siloslarda olan mişar yonqarların yanması partlayışa səbəb olub. Vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Xəsarətə səbəb olmayan yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarətə götürülüb.

Yanğın qruplar tərəfindən nəzarət altına alındıqdan sonra fabrikdə istehsal davam etdirilib.(AFN..az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*