Neft sürətlə ucuzlaşır, manat dəyər itirəcəkmi? – VACİB AÇIQLAMAbackend

Neft sürətlə ucuzlaşır, manat dəyər itirəcəkmi? - VACİB AÇIQLAMA

İyun ayının sonlarında “Azeri Light” markalı xam neftin qiymətində 8 dollara yaxın eniş qeydə alınıb. Bəs bu dəyişiklik Azərbaycan manatının məzənnəsinə birbaşa və ya dolayı yolla necə təsir göstərə bilər?

Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında səsləndirib ki, hazırkı mərhələdə bu enişin manata ciddi təsiri gözlənilmir.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Çünki ucuzlaşma öncəsi neft qiyməti demək olar ki, eyni həcmdə, təxminən 8 dollar bahalaşmışdı. Üstəlik, qiymət 70 dollar həddindən yuxarı qalmaqda davam edir ki, bu da dövlət büdcəsində nəzərdə tutulan səviyyədən yüksəkdir”.

Ekspert qeyd edir ki, Azərbaycan manatının məzənnəsi sərbəst şəkildə formalaşmır və inzibati qaydada, Mərkəzi Bank tərəfindən tənzimlənir. Mərkəzi Bank gündəlik neft qiymətlərindən deyil, daha çox uzunmüddətli proqnozlardan, makroiqtisadi göstəricilərdən və dövlət büdcəsinin parametrlərindən çıxış edərək qərar verir.

“Bununla belə, valyuta bazarlarında ABŞ dollarının ucuzlaşması və ya bahalaşması fonunda manatın digər valyutalara qarşı məzənnəsində dolayı dəyişikliklər baş verə bilər. Bu əsasən ticarət tərəfdaşlarının valyutaları ilə aparılan əməliyyatlara təsir göstərir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*