“Nəqliyyat qiymətləri doğru tənzimlənmir” – ETİRAZbackend

"Nəqliyyat qiymətləri doğru tənzimlənmir" - ETİRAZ

“Azərbaycanda nəqliyyat qiymətləti doğru tənzimlənmir”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli özünün “Facebook” hesabında paylaşımında yazıb.

O bildirib ki, ölkəmizdə gediş haqqı birdəfəlik gediş kimi düşünülür:

“İllərdir publik olaraq deyirik ki, Azərbaycanda nəqliyyat qiymətləri doğru tənzimlənmir. Çünki ölkəmizdə gediş haqqı birdəfəlik gediş kimi düşünülür və zaman-zaman da gediş haqqını arıtırırlar. Amma birdəfəlik gediş haqqı ilə nəqliyyatda ümumilikdə qiymət siyasətinin tamam fərqli alqoritmi var, fərqli yanaşmalar olmalıdır. İnkişaf etmiş ölkələrdə saatlıq, bir günlük, 3 günlük, 1 aylıq, 6 aylıq, 1 illik gediş biletləri mövcuddur. Bunun qiymətləri tamam fərqlidir, o cümlədən bu ölkələrdə şagirdlərə, tələbələrə müəyyən güzəştlər var. Avropanın bir çox ölkələrində tələbələr üçün 1 illik gediş bileti normal biletlərdən təqribən, 3 dəfə ucuzdur. Azərbaycanda da bunun tətbiq olunmasını biz dəfələrlə təklif etmişik”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*