Nərimanovda fərdi yaşayış evində partlayış olub – VİDEObackend

Nərimanovda fərdi yaşayış evində partlayış olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

00:40

Paytaxtın Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*