Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.
KONKRET.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasının təxirə düşməsinə səbəb ifadə vermək üçün dəvət olunan ekspertlərin (ilk olaraq 3 ekspert dəvət olunub) məhkəməyə gəlməməsi və həmçinin maddi sübutların məhkəməyə təqdim edilməməsi olub.
Növbəti məhkəmə iclası fevralın 8-nə təyin olunub.