Nersisyan: “Həm ruspərəstlər, həm də qərbpərəstlər mənə gülməli gəlir”backend

Nersisyan: "Həm ruspərəstlər, həm də qərbpərəstlər mənə gülməli gəlir"

“Bu gün geosiyasi müharibədir. Mən çox məlumatlıyam və həmişə geosiyasi proseslərlə, hadisələrlə maraqlanmışam. Çünki mənim ölkəmin taleyi də bu hadisələrdən asılıdır. Həm ruspərəstlər, həm də qərbpərəstlər mənə gülməli gəlir. Çünki siyasətçilər ilk növbədə ermənipərəst olmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın əməkdar artisti Tiqran Nersisyan deyib.

O daha sonra bildirib: “Önəmli olan ermənipərəst olmaqdır. Ölkəsinin taleyini, mənafeyini düşünmək əsas şərtdir. Bundan sonra düzgün diplomatiya və balanslaşdırılmış siyasət olmalıdır. Lakin biz belə bir siyasətlə müttəfiqlərimizi itiririk, çətinliklər qarşısında tək dayanırıq. Bu gün iqtidarın istər xarici, istərsə də daxili siyasəti məğlubiyyətçi, qeyri-peşəkar, qəsd və xain siyasətdir. Ən acınacaqlısı və ən faciəlisi odur ki, bu, son deyil. Onun davamı var. Dağıdıcı proseslər davam edir. Qarşısı alınmasa, yeni faciələr qaçılmazdır”.

Əslində Paşinyanın hakimiyyətdə olduğu müddətdə Azərbaycan böyük nailiyyətlər əldə etdi. Çünki Qarabağdakı quldur yuvası dağıdıldıqdan sonra region dinc nəfəs alacaq və 35 ildən sonra, nəhayət, bölgə əmin-amanlığa qovuşacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*