İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahı öldürməsinin təfərrüatları üzə çıxmağa başlayıb.
KONKRET.az xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzetinə açıqlama verən İsrail rəsmisi Baş nazir Benyamin Netanyahunun ABŞ-yə səfərinin Nəsrullahı çaşdırmaq üçün hazırlanmış bir hiylə olduğunu bildirib.
O bildirib ki, Netanyahu Nyu-Yorkdan müdafiə naziri Yoav Qalanta zəng edərək Nəsrullahın yerləşdiyi ehtimal olunan binaların ağır raket atəşinə tutması təlimatını verib.
Ötən cümə günü günortadan sonra Netanyahunun BMT-dəki çıxışından bir neçə saat sonra “Hizbullah” hədəflərinə qarşı intensiv bombardmanın başladığını vurğulayan İsrail rəsmisi, hücumlarının Netanyahunun ölkədə olduğu müddətdə əvvəlcədən planlaşdırıldığını bildirib.
Adı açıqlanmayan rəsmi bildirib ki, bu, Nəsrullahı Netanyahu səfərdə olarkən onun təhlükəsiz olduğuna inandırmaq üçün atılan addım olub.