Netanyahu İranla bağlı ELƏ SÖZLƏR DEDİ Kİ… – Gərginlik PİK HƏDDƏbackend

Netanyahu İranla bağlı ELƏ SÖZLƏR DEDİ Kİ... - Gərginlik PİK HƏDDƏ

Netanyahu İsrailə hücum ediləcəyi təqdirdə “təsəvvürəgəlməz” cavab zərbəsi barədə İran rəhbərlərini xəbərdar edib.

KONKRET.az xəbər verir ki, İsrailin baş naziri bildirib ki, əgər Tehran ayətullahları İsrailə hücum etsələr, “hətta təsəvvür belə edə bilməyəcəkləri” bir cavabla üzləşəcəklər.

“Biz istənilən ssenariyə hazırıq. Bir məsələ isə qətidir: əgər ayətullahlar səhv edərək bizə hücum etsələr, onlar hətta təsəvvür edə bilməyəcəkləri bir cavabla qarşılaşacaqlar”, – deyə Netanyahu israilli hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı bildirib.

İsrailin baş naziri həmçinin vurğulayıb ki, ölkəsi İslam Respublikasından gələn təhlükəyə qarşı əsas müttəfiqi olan ABŞ-la çiyin-çiyinə fəaliyyət göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*