İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada girovlarla bağlı razılaşmanın olmamasında HƏMAS-ı günahlandırıb.
KONKRET.az xəbər verir ki, Netanyahu altı girovun ölümündən kədərləndiyini bildirib.
O deyib ki, qətllər HƏMAS-ın atəşkəs razılaşmasını istəmədiyini sübut edir:
“İsrail razılığa gəlmək üçün vasitəçilərlə intensiv danışıqlar aparır, HƏMAS hər hansı təklifi qəti şəkildə rədd etməkdə davam edir”.