Netanyahu nöqtəni qoydu: “Əsas hədəfimiz İranı…” – Kritik AÇIQLAMAbackend

Netanyahu nöqtəni qoydu: “Əsas hədəfimiz İranı...” – Kritik AÇIQLAMA

İsrail Baş naziri Binyamin Netanyahu ölkəsinin ABŞ-ın İranla imzalayacağı hər hansı bir razılaşmaya bağlı qalmayacağını söyləyib.

KONKRET.az xəbər verir ki, İsrail hökumətinin başçısı ABŞ-ın dolayı yolla iştirak etdiyi Avstriyanın paytaxtı Vyanada başlayan İranın nüvə anlaşması danışıqlarına münasibət bildirib.

“Dünyadakı ən yaxşı dostlarımıza (amerikalılara) İranla hər hansı bir razılaşmaya bağlı qalmayacağımızı və bu anlaşmanın nüvə silahlanmasına yol açacağını söyləyirəm”, – Netanyahu bildirib.

Netanyahu İranla mümkün nüvə anlaşmasını qəti şəkildə rədd etdiklərini deyib:

“Bizim bağlı qaldığımız bir hədəf var ki, bu da düşmənin bizi məhv etmək üçün hazırladığı sui-qəsdin qarşısını almaqdır”./teleqraf/

Qeyd edək ki, dünən Vyanada Avropa Birliyinin moderatorluğu ilə İran nüvə sazişi ilə bağlı danışıqlar başlayıb. ABŞ danışıqlarda dolayı yolla iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*