Netanyahu Putinlə də RAZILAŞDI: İrana hücum bu tarixdə olacaq…backend

Netanyahu Putinlə də RAZILAŞDI: İrana hücum bu tarixdə olacaq...

Rusiya Prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, Kremlin rəsmi saytının məlumatına görə, söhbət zamanı İran ətrafında yaranmış vəziyyət və Yaxın Şərqdəki mövcud durum müzakirə olunub.

Məlumatda qeyd olunur ki, Vladimir Putin regionda sabitliyin və təhlükəsizliyin qorunması məqsədilə siyasi-diplomatik səylərin gücləndirilməsinə yönələn Rusiyanın əsas yanaşmalarını qarşı tərəfin diqqətinə çatdırıb.

Telefon danışığı zamanı Rusiya tərəfi bundan sonra da vasitəçilik dəstəyi göstərməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqun təşviqinə hazır olduğunu təsdiqləyib.

Söhbətin sonunda tərəflər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*