Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 19–23-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, Baş nazir tədbirdə iştirak üçün rəsmi dəvət almayıb.
Qeyd edək ki, ötən il də Gürcüstan nümayəndə heyəti Davos Forumunda iştirak etməyib. Ölkə sonuncu dəfə bu beynəlxalq tədbirdə 2024-cü ildə təmsil olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az
