“İsrail Suriya ilə qarşıdurmada maraqlı deyil və Dəməşqlə bağlı siyasətini yerlərdə reallığa uyğun müəyyən edəcək”.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Netanyahu xatırladıb ki, Suriya onilliklər ərzində İsrailin fəal düşməni olub, dəfələrlə yəhudi dövlətinə öz ərazisindən hücum edib, başqalarına hücum etməyə icazə verib və İrana öz ərazisindən “Hizbullah”ı silahlandırmaq imkan yaradıb.
O bildirib ki, əvvəl baş verənlərin bir daha təkrarlanmaması üçün İsrail son günlər bir sıra intensiv addımlar atıb.
Belə ki, Baş nazir müdafiə naziri İsrael Kats ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə Suriyadan gələn potensial təhlükələri zərərsizləşdirməyi və terrorçu qrupların sərhədə yaxın əraziləri ələ keçirməsinin qarşısını almağı tapşırıb.
Netanyahu həmçinin bildirib ki, İsrail “Hizbullah”ın Suriyadan silah nəqli yollarını bombalayıb. Siyasətçi əlavə edib ki, İsrail İran və “Hizbullah”ın yəhudi dövlətinə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün lazım olduğu qədər istənilən sahədə və istənilən vaxt fəaliyyətini davam etdirəcək.
KONKRET.az