Netanyahu: Suriyanın cənubunda atəşkəs güc yolu ilə əldə olunubbackend

Netanyahu: Suriyanın cənubunda atəşkəs güc yolu ilə əldə olunub

İsrailin Baş naziri Benyamin Netanyahu video müraciətində Suriyanın cənubunda əldə olunan atəşkəsin “güc yolu ilə” mümkün olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin intensiv addımlarından sonra Suriya ordusu Dəməşq istiqamətinə geri çəkilib.

“Bu, güc yolu ilə əldə edilmiş atəşkəsdir. Biz sülhü güclə, sakitliyi güclə, təhlükəsizliyi güclə təmin edirik – yeddi cəbhədə… Biz Dəməşqin cənubundakı ərazilərin demilitarizasiya olunmasını nəzərdə tutan konkret siyasət hazırlamışıq. Qolan yüksəkliklərindən Druz dağlarına qədər bir cəbhə xətti var. İkinci xətt isə Druz dağları bölgəsində druzların qorunmasıdır,” – deyə Netanyahu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*