İsrailin Təhlükəsizlik Kabineti HƏMAS və İsrail arasında əldə olunmuş sazişlə bağlı bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00) toplanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, iclas zamanı Misirdə aparılan danışıqlar nəticəsində İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının təsdiqlənəcəyi bildirilib.
Qeyd edək ki, bundan öncə HƏMAS və İsrail arasında razılaşma əldə edildiyini ABŞ Prezidenti Donald Tramp elan etmişdi.