İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın sabiq prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıqlar Netanyahunun amerikalı iş adamı Stiv Uitkoff və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə görüşündən sonra baş tutub.
KONKRET.az xəbər verir ki, Telefon söhbəti zamanı Netanyahu ABŞ və şəxsən Trampa, HƏMAS tərəfindən Qəzzada saxlanılan İsrail əsgəri və ABŞ vətəndaşı İdan Aleksandrın azad olunmasına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Tramp öz növbəsində İsrailə sarsılmaz dəstəyini bir daha təsdiqləyib və Netanyahuyla sıx əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb. Bu barədə məlumatı Netanyahunun rəsmi kanselyariyası yayıb.
Natiq Səlim,
KONKRET.az