Netanyahunun evinə PUA hücumu oldubackend

Netanyahunun evinə PUA hücumu oldu

Hizbullah qüvvələri Qeysəriyyə bölgəsini PUA-larla vurub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İddia edilib ki, hücumun hədəfi İsrail Baş naziri Benyamin Netanyahunun şəxsi mülki olub.

İsrail Nazirlər Kabinetindən məsələ ilə bağlı açıqlamada bildirilib ki, hücum zamanı Netanyahu evdə olmayıb və heç bir can itkisi də qeydə alınmayıb.

İsrail ordusundan isə vurğulanıb ki, Livandan İsrail hava məkanının 3 PUA daxil olub. Onlardan 2-si məhv edilib, 1-i isə Qeysəriyyədəki binaya çırpılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*