Netanyahunun İran çağırışı Azərbaycanı narahat etdibackend

Netanyahunun İran çağırışı Azərbaycanı narahat etdi

Yerli media az öncə Azərbaycanın İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrailə yenidən müraciət etdiyi haqda məlumat yayıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki. Azərbaycanın ilk müraciəti haqda məlumat 17 iyunda yayılmışdı və bu müraciətdən sonra İsrail ordusunun zərbə endirdiyi ərazilərlə bağlı yaydığı məlumatda rəsmi Bakının narahatlığına həssas yanaşdığını müşahidə etmək olardı.

Bəs, necə oldu ki, Azərbaycan növbəti dəfə müraciət etməyi zəruri hesab edib?

İran bu gün səhər saatlarından İsrailə ballistik raketlərlə ağır zərbələr endirib. Raketlərdən bir neçəsinin Beer-Şeva şəhərindəki xəstəxanaya düşdüyü bildirilir. Həmçinin 130 min əhalinin yaşadığı Bat-Yam şəhərinin darmadağın edildiyi görüntüsü yayılıb.

Bunun ardınca İsrail Baş naziri benyamin netanyahu “İran hakimiyyətindən tam bədəl tələb edəcəklərini”, müdafiə naziri İsrail Katz isə hökumət binalarını vuracaqlarını elan edib.

Görünür, İsrailin “adekvat qisas almaq” ehtimalı Azərbaycanı narahat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*