“Netflix”in baş direktoru vəzifəsindən getdibackend

"Netflix"in baş direktoru vəzifəsindən getdi

“Netflix”in həmtəsisçisi Rid Hastinqs platformanın baş direktoru vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə platformanın rəsmi hesabında yazılıb. Bildirilib ki, Qreq Peters Ted Sarandosla birlikdə baş direktor vəzifəsini icra edəcək.

Hastinq isə bundan sonra qurumun Direktorlar Şurasının sədrliyini edəcək.

“Direktorlar Şurası ilə birgə hesab edirik ki, indi mənim bu vəzifəmin bitməsi üçün ən uyğun vaxtdır. Bundan sonra Direktorlar Şurasının icraçı direktoru vəzifəsini icra edəcəyəm” – deyə, iş adamı bəyanatda yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*