Nevzorov: “Tarix təkrarlanır, Rusiyanın dağılması prosesinə Litva başlayacaq”backend

Nevzorov: “Tarix təkrarlanır, Rusiyanın dağılması prosesinə Litva başlayacaq”

Rusiya Federasiyasının dağılması prosesinə bir vaxtlar SSRİ-ni dağıtdığı kimi Litva başlayacaq.

KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı jurnalist Aleksandr Nevzorov Telegram kanalında yazıb.

O, hesab edir ki, Litva Kremldən gələn birbaşa təhdidlərə cavab olaraq Rusiyanın dağılmasında hərəkətverici qüvvəyə çevriləcək.

Jurnalist Kalininqrad vilayətinə yük tranzitinin bərpa edilməsi ilə bağlı Litvanın müvəqqəti işlər vəkilinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasını belə şərh edib.

“Necə də qəribədir, hər şey təkrarlanır. Bir vaxtlar SSRİ-ni partladan bombanın fitilini yandıran “Litva qığılcımı” idi. Qeyd edək ki, o vaxt Litva çox qüdrətli imperiyanı məğlub edə bilmişdi. Görünür, Rusiya da “Litva hadisələri” ucbatından dağılacaq”.

Xatırladaq ki, ötən əsrin 90-cı illərində Litva müstəqilliyinin tərəfdarları parlament seçkilərində qalib gəlib və elə ilk toplantıda, 1990-cı il martın 11-də respublikanın SSRİ-nin tərkibindən çıxdığını bəyan ediblər. Buna cavab olaraq Moskva ölkəni iqtisadi blokadaya alıb və Litvada müstəqillik hərəkatını hərbi əməliyyatlarla boğmağa çalışıb. Bu, Vilnüsdə kütləvi toqquşmalara çevrilib. Toqquşmalar zamanı on beş nəfər ölüb, yüzlərlə insan yaralanıb. Lakin Kremlin bu hərəkətləri digər respublikalarda “suverenlik mitinqlərini” sürətləndirib və nəticədə SSRİ-nin özü dağılıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*