Neymara bəraət verildibackend

Neymara bəraət verildi

Braziliya millisinin ulduz futbolçusu Neymarla bağlı İspaniya məhkəməsində qaldırılan dələduzluq işinə xitam verilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniyanın “Barselona” klubuna transferi ilə bağlı imzaladığı müqavilənin saxta olması sübuta yetirilməyib.

Həmçinin, oyunçunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyən Braziliyanın DIS şirkətinin şikayəti rədd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*