Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
KONKRET.az-ın məlumatına görə, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.
19:07
Politoloq Nəzakət Məmmədova saxlanılıb.
KONKRET.az xəbər verir ki, politoloq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur.