“Nezavisimaya qazeta”: “Xocalı aeroportunun istismarına ermənilər “hə” deyir, Moskva isə Bakıya baxır”backend

"Nezavisimaya qazeta": "Xocalı aeroportunun istismarına ermənilər "hə" deyir, Moskva isə Bakıya baxır"

Moskva Qarabağ münaqişəsi zonasında sülhməramlı qrupun saxlanılması xərclərini optimallaşdırmaq niyyətindədir. Rusiya Federasiyası bu məqsədlə Qarabağda Stepanakert (Xankəndi-red) yaxınlığındakı yeganə aeroportdan istifadə məsələsini nəzərdən keçirir. Sovet dövründə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin yaxınlığındakı aeroport 30 ilə yaxındır ki, istismar edilmir. 1992-ci ilin fevralında burda faciəli hadisə baş verdi. Onlarla mülki şəxs erməni silahlıları tərəfindən öldürüldü. Moskva, Bakı və İrəvan arasındakı razılaşmalara görə, şəhər hələ də Azərbaycana verilməyib. Bununla belə Rusiya Federasiyası orada yeni baza qurmaq istəyir.

Ermənistan KİV “Qarabağ rəhbərliyi Rusiya hərbi nəqliyyat-aviasiya şirkətinə Xocalı aeroportundan sülhməramlı qrupa dəstək üçün icazə verdi”, – deyə məlumat yaydı. Lakin bu ifadələr çətin ki, həqiqətə söykənsin. Xankəndi belə bir icazə verə bilməz. Çünki Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib. Bura de-yure Azərbaycanın ərazisidir və Bakı bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Ancaq Xankəndidən cəmi on kilometr şimal-şərqdə yerləşən Xocalı aeroportu bölgəni Ermənistan və Azərbaycanın qonşu rayonları ilə birləşdirəcək mühüm bir aviasiya-nəqliyyat mərkəzinə çevrilə bilər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Vladimir Popovun sözlərinə görə, “Xocalıdakı aeroport Rusiyadan tədarük olunan təxminən iki min nəfərlik Rusiya sülhməramlı qrupu üçün münaqişə zonasında bir növ qala rolunu oynaya bilər. İndiki halda tədarük işləri Rusiya Federasiyası üçün çox baha-başa gəlir. Rusiyanın Aerokosmik Qüvvələrinin 15-ci sülhməramlı briqadasını təmin edən hərbi nəqliyyat təyyarəsi Xankəndi yaxınlığındakı aerodroma enərsə, o zaman hərbi yüklərin hava yolu ilə nəqli daha qənaətcil olar”.

Təyyarələr boşaldılmaq üçün indi İrəvana eniş edirlər. Bundan sonra isə yüklər avtomobillə 320 kilometrlik məsafədəki Xankəndiyə daşınır. “Bu yüklər birbaşa hava yolu ilə Xankəndiyə çatdırılsaydı, bu, ən yaxşı seçim olardı” ,– deyə polkovnik vurğulayıb.

Xocalı aeroportuna Rusiyanın Suriyadakı aerodromuna bənzər “bir növ hərbi baza” kimi baxmaq olarmı?

İlk baxışdan bir oxşarlıq var. Keçən həftə Xocalı aeroprtunda Rusiya Silahlı Qüvvələri, hazırda Xmeymimdə fəaliyyət göstərən xəstəxanaya bənzər xüsusi bir mobil xəstəxana yerləşdirdi. Orada da Suriyadakı hava bazasındakı kimi anqarların, anbarların və digər lojistik infrastruktur obyektlərinin inşası üçün yerlər var. Lakin bazanın inkişafı ilə bağlı məsələləri Moskva  İrəvanla deyil, Bakı ilə danışmalıdir. Və belə danışıqlar yəqin ki, aparılır.

“Nezavisimaya qazeta”nın RF Müdafiə Nazirliyindəki mənbələri Moskvanın Xocalıdakı aeroportu idarə etmək üçün yaxın vaxtlarda icazə alacağını bildiribi. Axı Azərbaycan rəhbərliyi də Rusiya Federasiyasının Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyasının səmərəliliyində maraqlıdır. Və bu, böyük ölçüdə oradakı rus hərbi personalına göstırilən maddi-texniki dəstəyin keyfiyyətindən asılıdır. Azərbaycan lideri İlham Əliyev son müraciətlərindən birində deyib ki, “Bu gün Dağlıq Qarabağa dönüb orda yaşaycaq  ermənilər və azərbaycanlılar yenidən mehriban qonşuluq şəraitində yaşayacaqlar. Oranın maddi-texniki, nəqliyyat, enerji təhlükəsizliyi məsələləri var. Bütün bu məsələləri biz nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, daha əvvəl Qarabağ münaqişəsi zonasında atəşkəsə dair Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında Moskva və Bakı Xüsusi Protokol imzalayıblar. Mətbuat bu sənədin Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını təmin etdiyini yazıb. Və bir sıra mütəxəssislər də bu protokol əsasında iki respublika arasında yalnız quru yolu ilə deyil, həm də hava yolu ilə nəqliyyat əlaqəsini təşkil etməyin mümkün olduğuna inanırlar. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentin komandiri Rüstəm Muradovun cümə axşamı Bakıda müdafiə naziri Zakir Həsənovla keçirilən görüşündə bu məsələlərin gündəmə gətirildiyi istisna edilmir. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatında deyilir ki, “Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin birgə bəyanatının müddəalarının həyata keçirilməsi məsələləri müzakirə edilib”.

Ermənistanın pulu yoxdur. Ancaq Azərbaycan Xankəndi yaxınlığındakı hava limanı ilə maraqlanır. Bunun istismarına özü olmasa da, Türkiyə pul yatıracaq”, – deyə Netkaçov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Xocalı aeroportunu Rusiya Federasiyasının nəzarətinə verməyə hazırdır.

“Qarabağda türk sənayeçilərinin və xidmətçilərinin yerləşdirilməsinin ilkin əsasları artıq Türkiyə tərəfindən qoyulub. Rusiya Federasiyası qoşunlarını münaqişə zonasına daxil edərkən Ankara artıq texnoparklarının bu bölgədə yerləşdirilməsinə dair Bakı ilə müqavilələr imzaladı “- deyə Netkaçev əlavə edib. Ekspert bunu Azərbaycanın İnnovasiya Agentliyinin Türkiyənin ən böyük sənaye bölgələrindən birində (Kocaeli vilayətində) yerləşən 130 texnoloji şirkətini dəstəkləyən GOSB Texnoparkı ilə bir memorandum imzalayaraq bu yolda ilk addımı atdığına dair xəbərlərə istinad edir.

Qeyd edək ki, bu cür planlar Azərbaycanın siyasi dairələrində təsdiqlənir. Bakıdan olan ekspert İlqar Vəlizadə hesab edir ki, tezliklə “insanların (yəni Azərbaycan vətəndaşları – NG) həm Xocalıya, həm də Xankəndinə qayıtması üçün şərait yaradılacaq”. Qarabağın dağlıq hissəsini Azərbaycanın aran bölgələri ilə birləşdirən nəqliyyat infrastrukturu da yenidən qurulacaq”…  

Politoloq Ağdam-Xankəndi dəmir yolunun bərpası və Xocalıda aeroportunun işə salınması zərurətinə də işarə edib. “Hər halda söhbət Dağlıq Qarabağın Azərbaycana birləşməsindən gedir və bu proses azərbaycanlı qaçqınların geri qayıtması ilə prosesində baş verməlidir”, – deyə Vəlizadə izah edib.

Rusiyalı ekspert Yuri Netkaçev da həmkarı kimi düşünür: “Əminəm ki, Türkiyəli investorlar bu layihələrdə əhəmiyyətli dərəcədə böyük ölçüdə iştirak edəcəklər. Ancaq sual budur: Rusiya hərbi sülhməramlı əməliyyatlara pul xərcləməklə yanaşı bölgənin inkişafında bəs necə iştirak edəcək? “

“Nezavisimaya qazeta”  3 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*