Niderland Ermənistana mühüm yardımlar edəcək – ƏTRAFLIbackend

Niderland Ermənistana mühüm yardımlar edəcək - ƏTRAFLI

Niderland Ermənistan hökumətinə kənd təsərrüfatı, demokratik təsisatların gücləndirilməsi və insan hüquqlarının müdafiəsi sahələrində kömək edəcək. Bu hazırlığı Niderland Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Niko Şermers bu gün Ermənistan baş nazirinin müavini Ambartsum Matevosyanla görüşü zamanı bildirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin müavini bu ölkənin parlamentinə Qarabağla bağlı mövqeyinə, eləcə də erməni xalqına humanitar yardım göstərmək qərarına görə təşəkkür edib və səfirliyin hər iki məqsədə xidmət edən aktiv fəaliyyətini yüksək qiymətləndirib. Ermənistanda icmaları inkişaf etdirmək və COVID-19-la mübarizədə kömək etmək üçün sosial-iqtisadi proqramların həyata keçirilməsini məmnunluqla qeyd edib.

Səfir Şermers baş nazirin müavininə iki ölkə hökumətləri arasında fəal əməkdaşlığın vacibliyini vurğulayaraq, bu il Ermənistanla Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını qeyd edib.

Səfir həmçinin iqtisadi inkişaf sahəsində qurulan əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Niderlandın məqsədi Ermənistana investisiya cəlb etmək və həm kənd təsərrüfatı, həm də informasiya texnologiyaları sahəsində biznes ictimaiyyətinə dəstək olmaqdır.

Baş nazirin müavini vurğulayıb ki, Ermənistan hökuməti Niderlandın kənd təsərrüfatı sahəsində təcrübəsi ilə xüsusilə maraqlanır və bu istiqamətdə əməkdaşlığın intensivləşdirilməsi üçün əlindən gələni edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*