Niderland polisi illik dövriyyəsi 70 milyard dollara çatan narkobaronu saxladıbackend

Niderland polisi illik dövriyyəsi 70 milyard dollara çatan narkobaronu saxladı

Niderland polisi “Sxipxol” aeroportunda dünyada narkotik biznesi ilə bağlı ən çox axtarışda olan şəxslərdən biri sayılan Se Çjileni saxlayıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə bu gün “NL Times” portalı məlumat yayıb.

Kanadaya səfər etmək niyyətində olan Se Çjile Avstraliya polisinin sorğusu əsasında saxlanılıb. İnterpol 2019-cu ildən 57 yaşlı narkobaronı axtarışa verib. Niderland polisi hazırda Se Çjilenin ekstradisiyası üçün Avstraliya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.

Yerli KİV-lərin məlumatına görə, Se Çjile il ərzində dövriyyəsi 70 milyard dollara çatan narkotik qruplaşmaya rəhbərlik edir. Se Çjile əvvəllər Torontoda, son illər isə Makao, Honkonq və Tayvanda yaşayıb. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*