Niderland Ukraynaya “F-16″dan istifadəyə icazə veribbackend

Niderland Ukraynaya "F-16"dan istifadəyə icazə verib

Niderland Ukraynaya öz hərbi texnikasından və “F-16” qırıcılarından istifadə etməyə icazə verib. 

KONKRET.az xəbər verir ki, bu barədə Frankfurter Allgemeine Zeitung (FAZ) krallığın müdafiə naziri Ruben Brekelmansa istinadən yazıb.

“Ukraynaya beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya Federasiyasının ərazisində özünümüdafiə üçün bizim silahlarımızdan istifadə etməyə icazə verilir”.

Brekelmansın sözlərinə görə, onun ölkəsinin hakimiyyəti əvvəldən Kiyev üçün Qərb silahlarından istifadə etməklə zərbələrin diapazonuna heç bir məhdudiyyət qoymayıb. Bura “F-16″lardan istifadə edilən hücumlar da daxildir.

Aygün, 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*