Niderland Ukraynaya hərbçilər göndərilməsinə hələ tələsmir.
KONKRET.az xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans deyib: “Biz bu barədə düşünməyə məcburuq” deyən nazir, Niderladın barışıqdan sonra təhlükəsizlik zəmanəti kimi Ukraynaya hərbi personal göndərmək imkanını nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, hələlik hər şey başlanğıc mərhələsindədir: “İndi bu barədə danışmaq tezdir”.
Nazirin sözlərinə görə, “bu məsələ ilə bağlı mövqeyin müəyyənləşdirilməsi bir qədər vaxt aparacaq, hələlik konkret təkliflər yoxdur”. Eyni zamanda, Brekelmans vurğulayıb ki, “Avropa paytaxtlarında müzakirələr başlayıb və ola bilər ki, bu müzakirələr daha da sürətlənsin”.
Vəli Həsənoğlu,
KONKRET.az