Niderland Ukraynaya verdiyi F-16-lara Rusiya hədəflərini vurmağa icazə verdi    backend

Niderland Ukraynaya verdiyi F-16-lara Rusiya hədəflərini vurmağa icazə verdi    

Niderland Ukrayna ordusuna F-16 qırıcılarından istifadə etməyə icazə verib.

KONKRET.az Lenta.ruya istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans deyib: “Biz Ukraynaya F-16-dan özünümüdafiə üçün istifadə etməyə icazə veririk. Özünümüdafiə məqsədləri deyəndə biz Rusiyadakı aerodromlarda raketlərin qarşısını almaq və ya ora  zərbə endirməyi nəzərdə tuturuq”, – deyə  Niderland Müdafiə Nazirliyinin rəhbəri bildirib. Brekelmans NATO-nun müdafiə nazirlərinin görüşündən əvvəl Ukraynanın F-16-dan uçuş məsafəsi məhdudiyyəti olmadan istifadəsinə icazə verdiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində  hədəflərə zərbələr endirə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*