Niderland zülmündən Bakıya sığınanlar – Boneyra adası haqda bilmədiklərimizbackend

Niderland zülmündən Bakıya sığınanlar - Boneyra adası haqda bilmədiklərimiz

Bu gün Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), həmçinin Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutur.

“Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.

KONKRET.az Azərbaycan əhalisinin o qədər də tanımadığı Boneyra adası barədə məlumatları təqdim edir:

Boneyra Niderlandın müstəmləkəçiliyində olan ərazi vahididir. Karib dənizində, Venesuela sahilindən 90 km şimalda yerləşən adanın ərazisi 288 km²-dir. 2023-cü ilin statistikasına görə, əhali sayı təxminən 24 min nəfər olan adanın rəsmi dili Niderland və Papiamentodur. Zəngin mədəniyyətə malik olan adada yaşayan insanların sayı getdikcə azalır. Buna səbəb Niderland hökumətinin yerli əhaliyə qarşı təzyiqləridir. Adanın bilinən ilk sakinləri eramızdan əvvəl 10-cu əsrdə məskunlaşan Caquetios hinduları olub. Avropalılar sözügedən əraziyə XV əsrin sonlarında ayaq açıblar. Təxminən yüz ildir ki, burada yalnız Cənubi Amerika ölkələrindən sürgün edilmiş mühacirlər yaşayıb. Niderlandlılar isə buranı 1633-cü ildə İspaniyanın Müqəddəs Martini adasını ələ keçirməsinə cavab olaraq işğal ediblər.

Hazırda ada öz müstəqilliyini tələb edir. Hazırda boneyralıların heç bir haqları tanınmır. Ada rəsmiləri eynicinsli nigahların qanuniləşdirilməsinə qarşıdır. Həmçinin yerli əhalidən alınan vergilər Niderlandın dövlət büdcəsinə köçürülür ki, bundan da Boneyra şakinlər narazıdır. Həmçinin onların daha bir şikayəti ana dillərində təhsil ala bilməmələri illə bağlıdır. Ölkə əhalisinin universitetləri belə yoxdur. Onlar müxtəlif ölkələrdə keçirilən konfranslarla dünya ictimaiyyətinin diqqətini öz üzərlərinə cəlb etməyə, bununla da Nidarlandın təzyiqinin azalacağına ümid edirlər.

Məlik Məlikov,

KONKRET.az

  • Tofiq
    Avqust 22, 2024 - 13:18

    Bu lap ağ oldu. Əgər 24 min nəfərin hökumət struturları və unuversiterləri yaransa onda kim işləyib dəyər yaradacaq. Hamı büdcədən umacaq , bəs büdcəyə daxil olmalar haradan olacaqdır?

Tofiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*