Niderlandın Erməni Təşkilatları Federasiyası “Xristian Birliyi”ndən olan millət vəkili Joel Vorderdindin hökuməti “erməni soyqırımı”nı tanımağa çağıran açıqlamasını alqışlayır.
KONKRET.az xəbər verir ki, deputatların qətnaməni geniş şəkildə dəstəkləməsi, uzun müddətdir ki, Niderland parlamentində bir-birinin ardınca gedən hökumətlərin “erməni soyqırımı” ilə bağlı mövqeyindən böyük narazılığın olmasına dəlalət edir.
Erməni politoloqları hesab edir ki, qətnamənin digər mesajı budur ki, müharibədən sonra həm Türkiyə, həm də Azərbaycan Ermənistana qarşı aqressiv mövqe tutduğundan bu məsələ yenidən gündəmə gəlməlidir.
Qeyd edək ki, daha əvvəl qəbul edilmiş qətnamələrlə parlament birmənalı şəkildə “erməni soyqırımı”nı tanıyıb. Hələ 2004-cü ildə parlament Raufutun qətnaməsini yekdilliklə qəbul edib. Hökumətə müraciət edən qətnamədə deyilir: “Türkiyə ilə və ya Avropa Birliyi çərçivəsində ikitərəfli dialoq zamanı, “erməni soyqırımı”nın tanınması hökumət tərəfindən açıq və ardıcıl müzakirə mövzusu olmalıdır.”
Rəsmiyyə Şərifova,
KONKRET.az