Niderlanddan BƏYANAT: “Türkiyə NATO-dan çıxarılmalıdır”backend

Niderlanddan BƏYANAT: "Türkiyə NATO-dan çıxarılmalıdır"

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə “girməyə” hazır olması ilə bağlı sözlərindən sonra Ankara Şimali Atlantika Alyansından xaric edilməlidir”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderlandda parlament seçkilərində qalib gələn ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vilders bildirib.

“Ərdoğan İsraili işğal etməklə hədələyir. Bu adam tamamilə dəlidir. Türkiyəni NATO-dan çıxarmaq lazımdır”, – o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 28-də Türkiyə prezidenti bəyan etmişdi ki, Ankara Təl-Əvivin Fələstinə münasibətdə siyasətini bəyənmir və son çarə kimi İsrailə “girə” bilər. Ərdoğan bu bəyanatı İsrail rəsmilərinin Livanla mümkün müharibənin başlanması ilə bağlı sözləri fonunda verib. İsrail Katz iyulun 27-də deyib ki, ölkə hazırda şiə Hizbullah hərəkatı və Livanla tammiqyaslı müharibəyə yaxınlaşır, çünki Qolan təpələrinin atəşə tutulması bütün qırmızı xətləri keçib. Həmçinin İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Hizbullaha hücumun lehinə danışıb.

2023-cü il oktyabrın 7-də səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağından İsraili kütləvi raket atəşinə tutması, həmçinin ölkənin cənubundakı sərhəd rayonlarını işğal edərək insanları girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Elə həmin gün İsrail qisas almağa başlayıb.

Fələstinlilər iki ölkə arasında gələcək sərhədlərin 1967-ci il Altı Günlük Müharibədən əvvəl mövcud olan xətlərə uyğun olmasını təmin etməyə çalışırlar. Fələstin Qərb Sahilində və Qəzza zolağında öz dövlətini yaratmaq və Şərqi Qüdsü paytaxt etmək istəyir. İsrail 1967-ci il sərhədlərinə qayıtmaqdan və Qüdsü bölməkdən imtina edir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*