Nigeriya Hava Yollarıuçuşları dayandırırbackend

Nigeriya Hava Yolları uçuşları dayandırır

Neft və təbii qazla zəngin Nigeriyada fəaliyyət göstərən “Nigerian Airlines” yanacaq qiymətlərini artması səbəbilə mayın 9-dan etibarən bütün daxili uçuşları dayandıracaq.

KONKRET.az xəbər verir ki, şirkətdən yayılan məlumata görə, yanacaq qiymətləri Rusiya-Ukrayna müharibəsi səbəbiylə təxminən 4 dəfə artıb və hava yolları son 4 ay ərzində xidmətlərə görə subsidiya verməli olub.

Qeyd edək ki, mart ayından bəri Nigeriyada yanacaq qiymətlərinin artması səbəbindən çoxlu uçuşlar ləğv edilib və ya gecikmələr olub. Son həftələrdə bəzi marşrutlarda uçuş qiymətləri də üç dəfə artıb.

Təxminən 37 milyard barel neft ehtiyatı olan Nigeriya dünya ehtiyatlarının 3,1 faizinə sahibdir.

Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*