Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçıbbackend

Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçıb

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

Daha əvvəl “Punch” qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*