Nigeriyada dəhşətli QƏTLİAMbackend

Nigeriyada dəhşətli QƏTLİAM

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Sokoto əyalətində bazarda baş verən silahlı hücum nəticəsində ən az 20 nəfər həyatını itirib.

KONKRET.az “Euronews”a istinadla xəbər verir ki, bu barədə Nigeriya mətbuatı xəbər yayıb.

Milli mətbuatın yazdığına görə, hələ kimliyi müəyyən edilməyən silahlılar, Sokoto əyalətinin Sabon Birni rayonundakı bazarda ətrafa atəş açıblar.

Hücum nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*