Nigeriyada kilsəyə hücum edildi: 45 nəfər qaçırıldıbackend

Nigeriyada kilsəyə hücum edildi: 45 nəfər qaçırıldı

Nigeriyanın Kaduna əyalətinin Kajuru rayonunda kilsəyə silahlı hücum edilib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kaduna Xalq Birliyinin rəhbəri Avemi Maisamari yerli mətbuata açıqlamasında deyib.

Maisamari qeyd edib ki, hücumda 45 nəfər qaçırılıb, çoxlu sayda insan isə yaralanıb.

Onun sözlərinə görə, silahlılar tərəfindən qaçırılan bəzi şəxslərin ailələri ilə əlaqə saxlanılıb və fidyə tələb olunub.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu ölüm hökmü ilə cəzalandırılır. Silahlı şəxslərin motosikletlərə hücumu səbəbilə bəzi şəhərlərdə bu nəqliyyatdan istifadə qadağan edilib.

Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində silahlı şəxslərə fidyə ödəmək qanunla qadağandır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*