Nigeriyada məsciddə 10-dan çox müsəlman qətlə yetirildi – Bir neçə nəfər qaçırıldıbackend

Nigeriyada məsciddə 10-dan çox müsəlman qətlə yetirildi - Bir neçə nəfər qaçırıldı

Nigeriyada bir qrup silahlı şəxs 10-dan çox müsəlmanı qətlə yetirib və bir neçə nəfəri məsciddən qaçırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Nigeriyada silahlı şəxslər şənbə gecəsi bir imam da daxil olmaqla ondan çox ibadət edən şəxsi öldürüb və daha bir neçə nəfəri məsciddən qaçırıblar.

Şahidlərdən birinin Reuters-ə verdiyi məlumata görə, silahlılar motosikletlərlə Mayqamci məscidinə gəlib və fərq qoymadan atəş açıblar. İbadət edənlər qaçmağa məcbur olublar.

Gecə namazında iştirak edən təxminən baş imam da daxil olmaqla 12 nəfər öldürülüb və bir neçə nəfəri qaçırıb.

Katsina əyalət polisinin sözçüsü Qambo İsah hücumu təsdiqləyib və bəzilərinin xilas edildiyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*