Nigeriyada neft emalı zavodu partladı – 25 nəfər öldübackend

Nigeriyada neft emalı zavodu partladı - 25 nəfər öldü

Nigeriyanın Rivers vilayətində qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda partlayış olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ən azı 25 nəfər həyatını itirib.

Ölənlər arasında uşaqların da olduğu bildirilir. Çox sayda yaralı var, buna görə ölənlərin sayının artacağı istisna edilmir.

Partlayışda onlarla ev yanaraq külə dönüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*