Nikita Xruşşovun müəmmalı KEÇMİŞİ – MARAQLIbackend

Nikita Xruşşovun müəmmalı KEÇMİŞİ - MARAQLI

Keçmiş SSRİ-nin rəhbərlərindən biri Nikita Sergeyeviç Xruşşovun şəxsiyyəti haqqında ziddiyyətli məqamlar çoxdur. Stalindən sonra ölkəyə rəhbərlik edən Xruşşov bir çox təzadlı qərarlarıyla yadda qalıb.

Bəs Xruşşov əslində kim idi?

Xruşşov kiçik yaşlarından mədəndə və fabrikdə işləməsi ilə fəxr edirdi. Bununla belə, SSRİ-nin ali rəhbərliyi arasında Xruşşovun əslində istismarçılar sinfindən çıxması və polyak kökənli olması barədə şayiələr var idi. 1938-1939-cu illərdə NKVD rəhbəri Beriya partiya və təhlükəsizlik aparatını əvvəllər repressiyaya məruz qalan Yejovun dəstəklədiyi adamlardan təmizlədi.

Nikita Sergeyeviç Xruşşovun birinci katib olduğu Ukrayna rəhbərliyi də qüdrətli Xalq Komissarının “hədəfi”nə tuş gəldi. NKVD partiya liderlərinin tərcümeyi-hallarına və onların mənşəyinə xüsusi diqqət yetirirdi. Məlum oldu ki, Dnepropetrovskın Vilayət Komitəsinin rəhbəri və Xruşşovun ən yaxın dostu Zadionçenko yoxsul ukraynalı ferma fəhləsinin ailəsində doğulmayıb. Onun atası zəngin sənətkar və Yəhudi Sosialist Partiyasının fəalı olan Zayonçik adlı yəhudidir.

Nikita Sergeyeviçin digər dostu, Ukrayna NKVD-nin rəhbəri Uspenski isə özünü meşəbəyi oğlu kimi göstərib. Amma əslində təhlükəsizlik zabitinin atası məşhur tacir Aleksandr Uspenski idi.

Xruşşov haqqında geniş məlumat toplamaq üçün təhlükəsizlik işçiləri Kursk vilayətində onun doğulduğu Kalinovka kəndinə gediblər. Yerli sakinlər təsdiqləyiblər ki, həmyerliləri yoxsul kəndlinin oğlu deyil, polşalı torpaq sahibi Aleksandr Qasvitskinin qeyri-qanuni övladıdır. Nikitanın kəndçiləri bildiriblər ki, Xruşşovun anası həmin polyakın evində xadimə işləyib və nəticədə Aleksandr Qasvitski oğlundan imtina etməyib.

1914-cü ildə Qasvitski müəyyən ödəniş etməklə oğlunun orduya getməsinə mane olub və oğlunu Donetskdəki köhnə dostu, alman sənayeçisi Kirşin yanına göndərib. Daha sonralar Xruşşov əvvəllər şaxtada işlədiyini deyirdi. Amma Molotov məşhur qeydində bildirirdi ki, o, Xruşşovun işlədiyi mədəni heç vaxt tapa bilməyib. Əslində, SSRİ-nin gələcək rəhbəri atasının dostu Kirşin yanında əmlak müdiri işləyib və fəhlə sinfi ilə heç bir əlaqəsi olmayıb. Keçmiş DTK zabiti Zinkoviç iddia edirdi ki, Stalinin Xruşşovun əsl mənşəyi haqqında dəqiq məlumatı var idi. Yejov və SSRİ Nazirlər Sovetinin sədri Malenkov da Nikita Sergeyeviçin polyak mənşəli olduğundan xəbərdar idilər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*