“Nikol demək istəyir ki, Azərbaycanla dil tapmağa çalışın”backend

“Nikol demək istəyir ki, Azərbaycanla dil tapmağa çalışın”

“Qarabağa 360 ton humanitar yükün göndərilməsi ilə bağlı şounun nə mənası var? Yoxsa sırf öz müqəddəratını təyin etmək məsələsini bidəfəlik bağlamaq istəyirsən? Bununla da demək istəyirsən ki, camaat, görürsünüz, çıxış yolu yoxdur. Gedin, Azərbaycanla dil tapmağa çalışın. Nikol yükün sərhədi keçməyəcəyini bilmirdimi? Məsələn, Türkiyə ilə quru sərhədi açılanda və erməni yük maşınları zəlzələdən zərər çəkən Türkiyəyə yardıma gedəndə bu necə oldu? Necə düşünürsünüz, Nikol indicə qərar verib yük maşınlarını Türkiyəyə göndərdi, yoxsa əvvəlcədən razılaşdılar… Bəs indi o, əvvəlcədən heç kimlə razılaşmadan 360 ton yükü necə göndərir? Bunun şou olduğu aydın deyilmi?”

KONKRET.az xəbər verir ki, bu sözləri erməni jurnalist Sevak Akopyan bildirib. O daha sonra bildirib:

“Maraq nədir, bilirsinizmi? 2021-ci ilin növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın seçki proqramında açıq-aydın yazılmışdı: “Hakimiyyətin əsas vəzifəsi dövlətin təhlükəsizliyini təmin etməkdir”. Amma Nikol Ermənistanın dövlət təhlükəsizliyini də həll edə bilmədi.

Bir sözlə, neçə ildir ki, biz elə bir vəziyyətdəyik ki, Paşinyanın bəyanatları ölkəmiz üçün Əliyevin bəyanatlarından qat-qat təhlükəlidir”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*