Nikol Fransa ordusunu “gətirmək” istəyir – Fenenkobackend

Nikol Fransa ordusunu “gətirmək” istəyir - Fenenko

Nikol Paşinyan gah sülhdən danışır, gah konstruktiv addımlara zidd olan bəyanatlar verir. Ümumiyyətlə, o, bir neçə stulda oturmaq istəyir, müxtəlif ölkələrin simasında istənilən saman çöpündən tutmağa çalışır. Gah Rusiya üçün “sevgi serenadası” oxuyur, gah da açıq-aydın Fransa və ABŞ-ı dəstəkləyir. Bu, həm Paşinyanın özü, həm də bütövlükdə Ermənistan üçün pis nəticə verə bilər. Çünki hansısa məqamda onu yad saymağa başlayacaqlar – sağdakılar da, soldakılar da. Ermənistan hamı üçün yad olacaq.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Fenenko bölüşüb.

“Hazırda Ermənistan tamamilə fantastik ssenarini – Qərb sülhməramlılarının, Fransadan, az qala, Polşadan hərbçilərin Qarabağ münaqişəsi zonasına yeridilməsini müzakirə edir. Buna gülmək də olar, amma məncə, bu, Kremlə birbaşa siqnaldır: “Rus sülhməramlıları bizi qane etmir”.

“3+3” formatı yaxşı ideyadır, amma düşünürəm ki, Ermənistan indi ona qarşı çıxacaq. O, Fransa və ABŞ-dan istifadə etməklə bu formatın ATƏT-in Minsk Qrupuna zidd olduğunu göstərməyə çalışacaq. Hazırda bu, Ermənistanın əsas vəzifəsidir – aranı qızışdırmaq. Nəticədə, Ermənistan layihənin pozulacağı təqdirdə, həmişəki kimi “bizim təqsirimiz yoxdu” bağıracaq”, – deyə rusiyalı ekspert qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*