“Hər bir cinayətin adı, soyadı və vəzifəsi var” – Ohannes Movsisyan. Ermənistan İctimai Televiziyasının icraçı direktoru, “saxta fabrik”in rəhbəri, ondan əvvəl isə “Azadlıq” radiosunun İrəvan bölməsinin əməkdaşı. Məhz o, Paşinyanın göstərişi ilə katolikos II Qareginin Yeni il mesajını xalqa yaymamağı əmr etdi”.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə İctimai Televiziyasının icraçı direktoru ilə bağlı tənqidi və təhqir dolu müzakirələr səngimək bilmir. Sosial şəbəkələrin erməni seqmentində daha sonra yazılır: “Movsisyan, Baqramyanın administratorları və digər zibillər, Roman Baqdasaryanlar kimi alçaqlar son illərdə Ermənistanı işğal edən satanizmin hərəkətverici qüvvəsidir.
Onlar bir-iki manata namusdan, vicdandan, erməni millətinə mənsub olmaqdan əl çəkməyə hazır olanlardır. Heç kim unudulmur və heç nə unudulmayacaq”.
Natiq Səlim,
KONKRET.az