“Nikol Paşinyan Azərbaycan agentidir: Arsaxı, Sünik və Qeqarkunikin yüksəkliklərini Bakıya hədiyyə etdi ” – Mikael Minasyanbackend

"Nikol Paşinyan Azərbaycan agentidir: Arsaxı, Sünik və Qeqarkunikin yüksəkliklərini Bakıya hədiyyə edib" - Mikael Minasyan

“Ermənistanda Arsaxı, Sünik və Qegarkunikin yüksəkliklərini Azərbaycana hədiyyə edən Nikol Paşinyan adlı bir azərbaycanlı agent var”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün Facebook səhifəsində paylaşıb.

Nikol Paşinyanın bugünkü hökumət iclasında verdiyi açıqlamaya münasibət bildirən Minasyan yazır:

“Qatı turk yenə də gizli danışıqlar apardığını və yeni anti-erməni sənədini imzalayacağını elan etdi.

Fakt 1. Yenidən xalqdan gizli, təkbaşına dövlətin taleyini həll edir, Ermənistanın suverenliyini təhlükə altına atır və ölkəni təslim edir.

Fakt 2: Yenidən gizlicə Azərbaycanın xeyrinə növbəti güzəştlərə getməyə razılaşdı.

Fakt 3: Düşmən Ermənistan ərazisində irəliləməyi və güclənməyə davam etdiyi təsdiqləndi (250 nəfərlik Azərbaycan ordusu 500 nəfər oldu).

Fakt 4. Tavuş kəndlərini düşmənə təslim edəcəyini təsdiqlədi və bəlkə də ardınca Sevan və Jermuk dağlarını da verəcək.

P.S. Dünən bu həqiqəti dərc etməsəydim, insanlar bunu imzaladıqdan sonra öyrənərdilər. Mərhəmətli olun, tribunadan and içməmisiniz ki, xalqın arxasında heç bir şey imzalamayacaqsınız?

İmzalanacaq sənədi və gizli bir əlavəni, həmçinin Əliyevlə şifahi müqavilələrinizi dərc edin!”

Daha sonra keçmiş səfir Azərbaycan agentləri haqqında danışdıqlarına aydınlıq gətirib:

“Hakimiyyətin ələ keçirildiyiniz ilk gündən etibarən ər-arvad Azərbaycanın qulusunuz.

Biri Qarabağ məsələsinin Azərbaycan xeyrinə həllini təbliğ etdi, digəri isə Mehribanı Arsaxda çay içməyə və muğam dinləməyə dəvət etdi. Eyni zamanda erməni xalqını düşmənin “savadlı və konstruktiv” olduğuna inandırdı. İndi hansı agentdən danışırsan, ay alçaq?!

Ermənistanda Arsaxı, Sünik və Qegarkunikin yüksəkliklərini Azərbaycana hədiyyə edən, ölkəni daimi məğlubiyyətə məhkum edən Nikol Paşinyan adlı bir azərbaycanlı agent var.

Yalnız Azərbaycan agentinin başçılıq etdiyi şəraitdə düşmən Ermənistan ərazisindəki bir erməni əsgərini döyə və alçalda bilər və ərazini sərbəst şəkildə işğal edə bilər”.

Keçmiş səfir qəzəbini təhqiredici sözlərlə ifadə edib:

“Ancaq 6 ay boyunca türk çəkməsini yalayan xain erməni xalqının və Ermənistanın maraqlarına zidd olan, öz kreslosu naminə həmin sənədə imza ata bilər”.

Sonda onun haqqında danışan Paşinyana hədələrlə müraciət edib:

“P. S: Niyə mənim haqqımda danışdın, qorxursan? Düz edirsən! Hətta mənim adımı belə çəkməkdən qorx! ”

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*