“Nikol Paşinyan bu kreslonu atasının evindən gətirməyib”- Vanetsyandan KRİTİK AÇIQLAMAbackend

“Nikol Paşinyan bu kreslonu atasının evindən gətirməyib”- Vanetsyandan KRİTİK AÇIQLAMA

“Şərəfim var” fraksiyasından olan deputat Artur Vanetsyan yerli telekanallara müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla olan münasibətindən danışıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Vanetsyan Alen Simonyanla hazırda keçmişdəki kimi dostluq əlaqələrinin olmadığını bildirib.

Alen Simonyanla keçmiş dostluğunu bərpa etmək istəyinin olub-olmadığı haqda suala Artur Vanetsyan belə cavab verib:

“Mənim üçün biri ilə dostluq etmək çox çətindir, eləcə də dost itirmək. İndi bu haqda çox danışmaq istəmirəm. Alen Simonyanın öz siyasi mövqeyi, komandası və yolu mövcuddur. Mənim isə tamamilə əks mövqeyim var. Siyasətdə dostluq yoxdur. Siyasi kurs və siyasi komanda var. Bu gün mənim Alen Simonyanla münasibətim işgüzar əlaqələrlə məhdudlaşıb” – deyə Vanetsyan vurğulayıb.

Vanetsyan Simonyanın bir vaxtlar Paşinyanın oturduğu yerdə əyləşdiyini, lakin Nikoldan fərqli olaraq parlamentdə o qədər də fəal olmadığını deyib. O həmçinin qeyd edib ki, deputatların yerlərini parlament paratı təyin edir:

“Nikol Paşinyan bu kreslonu atasının evindən özü ilə gətirməyib. Bu, parlamentin inventarıdır. Deputat isə parlament aparatının nəzərdə tutduğu yerdə oturur. Mən isə öz işimi görürəm. Fəal və ya qeyri-fəal, təsirli və ya qeyri-səmərəli olub-olmadığına isə cəmiyyət qiymət verəcək” – deyə Vanetsyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*