Nikol Paşinyan Rusiyadan da ermənilər üçün muxtariyyət TƏLƏB EDİRbackend

Nikol Paşinyan Rusiyadan da ermənilər üçün muxtariyyət TƏLƏB EDİR

Özbəkistanın “fikr.uz” və “orol24.uz” xəbər portalları Azərbaycan həqiqətləri ilə bağlı materiallar yayımlayıb.

KONKRET.az xəbər verir ki, “fikr.uz” portalı Bakıda yaşayan çoxminli rus icmasının Azərbaycan Ordusunu dəstəkləyən yürüş keçirdiyini yazıb. İcma Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə Bakının küçələrinə çıxıb, şəhər sakinləri isə onları alqışlayıb.

Bildirilir ki, Azərbaycan çoxmillətli ölkədər, ruslar və digər xalqların nümayəndələri Azərbaycanı sevir və dəstəkləyirlər.

Ölkədə 300 rus məktəbi fəaliyyət göstərir.

Qeyd edilir ki, Ermənistan monoetnik dövlətə çevrilib, orada Rusiyanı və rusları sevmirlər. Erməni nasistlər Rusiya ərazilərində müxtəlif terror aktları törətməklə bu dövləti hədələyirlər. Bundan başqa onlar Rusiyanın cənubunda yaşayan erməniləri muxtariyyət almaq üçün ayağa qaldırmağa hazır olduqlarını da bildiriblər. Ermənistanın Baş Naziri Nikol Paşinyan Krasnodar, Rostov və Stavropol ermənilərinə öz müqəddəratını təyin etmək hüququnun verilməsi haqqında danışıb.

“Orol24.uz” portalı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda ekoloji terror həyata keçirilməsi haqqında material verib. Bildirilir ki, Ermənistan dinc əhalini, mülki obyektləri nişan almaqla yanaşı ölkədəki nadir meşə zolaqlarına da zərər vurur, bu ərazilərdə yanğınlar törədir. Ağdam ərazisində, cəbhə xəttindən uzaqda olan Tovuz rayonunda və nadir Göygöl meşələrində ağır artilleriyanın vasitəsi ilə yanğınlar törədilib.

Portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*