Nikol Putinə Araikin xahişi ilə zəng edibmişbackend

Nikol Putinə Araikin xahişi ilə zəng edibmiş

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə səbəb Qarabağdakı erməni separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyan olub.

KONKRET.az xəbər verir ki, bu barədə Araik Arutyunyan Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində separatçı ünsürlərlə keçirdiyi “iclasda” deyib.

O bildirib ki, Qarabağın ermənilər yaşayan hissəsində vəziyyətin getdikcə pisləşməsi və humanitar problemlərlə bağlı Ermənistan və Rusiya hakimiyyətini, o cümlədən beynəlxalq ictimaiyyətin digər aktorlarını məlumatlandırır.

Araik onun xahişi ilə Paşinyanın Putinə zəngi və aparılan müzakirələr haqda məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*